Slimfit
  1. MARAQLI

Təqvimin 1908-ci il Olimpiya oyunlarında Rusiya üçün yaratdığı problem

Təqvimin 1908-ci il Olimpiya oyunlarında Rusiya üçün yaratdığı problem
Sakura

Təqvimin 1908-ci il Olimpiya oyunlarında Rusiya üçün yaratdığı problem

2000 il əvvəl Yuli Sezar 365 gündən ibarət yulian təqvimini təqdim etdi. O uzun illər ərzində yanlış hesab olunurdu. Vaxt baxımından təqvim bəzi hadisələrlə düz deyildi; məs: Pasxa bayramının tarixi düzgün vaxtda qeyd olunmurdu. Nəhayət 1582-ci ildə Papa XIII Qriqoriy katolik xalqların bu problemi həll edən qriqoryan təqviminə keçməsi üçün göstəriş verdi.

Təəssüf ki, keçid məsələsi qısa zamanda həll olunmadı. İlk əvvəl tarix və ulduzları uyğunlaşdırmaq üçün onlarla gün buraxmaq lazım oldu. İkincisi eyni vaxta keçmək üçün əsrlər lazım oldu. İsveçrə 40 il ərzində (1700-1740) yeni təqvimə keçdi. Britaniya imperiyası (ABŞ daxil olmaqla) 1752-ci ildə təqvimi dəyişdi. Yunanıstan isə 1923-cü ildə bunu həyata keçirdi.

Rusiya yeni təqvimə keçən son xalqlardan biri idi. Onlar bunu 1918-ci ildə bolşeviklərin işğalından sonra bunu etdilər. Lakin 10 il əvvəl onlar yulian təqvimində idilər, Böyük Britaniya isə qriqoryan təqvimində idi. Bu vacibdir, çünki 1908-ci ildə Londonda yay Olimpiya oyunları keçirilirdi, Rusiya da burada iştirak edirdi. Ümumilikdə yarışda altı rus idmançısı iştirak edirdi, onlardan üçü medal almışdı: döyüş növlərində iki gümüş,  fiqurlu konkisürmədə isə bir medal. Lakin ruslar rəsmi olaraq komandaya atıcılıq üzrə daxil oldu.

1908-ci il 11 iyul tarixində ABŞ bu tədbirdə qızı götürmək üçün Böyük Britaniyaya hücum etdi. Ruslar bu turnir cədvəlində iştirak etmirdi və rəqabət qabiliyyəti yox idi. Onların yaxşı olmamasına görə deyil, sadəcə onların özləri orada deyildi. Onlar 11 iyul tarixində oraya çatanda təqvim fərqinə görə artıq gecikmişdilər. Digər komandalardan fərqli olaraq, rus atıcılar yulian təqviminə görə gəlib çatdılar, bu da qriqoryandan 12 gün sonra idi. Tədbir artıq bitmişdi.

Qeyd: Bu yarışda Türkiyənin (o zaman Osmanlı imperiyası) də iştirakı ehtimal olunur. Bəzi mənbələrə əsasən Mullos adlı bir şəxs ölkənin yeganə təmsilçisi idi. Lakin rəsmi mənbələrdə bu barədə məlumat verilmir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR