Slimfit
  1. İQTİSADİYYAT

Təqaüd yaşının azaldılması mümkündürmü?

Təqaüd yaşının azaldılması mümkündürmü?
Sakura

Təqaüd yaşının azaldılması mümkündürmü?

"Tək qadınlar deyil, eləcə də kişilər üçün təqaüd yaşının artırılması ilə bağlı qərara yenidən baxılmasına ehtiyac var”.

Ens.Az-ın məlumatına əsasən,bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Ombudsmanın qadınların pensiya yaşının azaldılması ilə bağlı təklifini şərh edərkən deyib. Natiq Cəfərli bildirib ki, Azərbaycanda təqaüd yaşının artırılmasına ehtiyac yox idi:

"Bu addım dünyada gedən proseslərə uyğun və paralel olaraq atılıb. Amma Azərbaycanda, dünyada, əsasən də Avropa ölkələrində pensiya yaşınının artırılmasının tək səbəbi demoqrafik böhrandır. Yəni, gənc nəsilin daha az olması, iş yerləri ilə problemlərin azalması və s. Məsələn, indi Fransada bu məsələ yenidən gündəmə gəlib, pensiya yaşını 65-ə qaldırmaq istəyirlər. Bizdə belə bir problem yoxdur. Bizim gənc və dinamik toplumuz var, əksinə gənclərin işsizlik problemi var. Bu mənada pensiya yaşınının artırılmasına ehtiyac yox idi. Azərbaycan bu mənada digər ölkələrdən fərqlənir”. 

İqtisadçı ekspert əlavə edib ki, orta ömürlülük yaşının Azərbaycanda çox da böyük olmadığını təəssüflə qeyd etsək, pensiyaya çıxandan sonra çox az müddətdə insanların təqaüd alma imkanları olur:

"Bunu nəzərə almaq lazımdır. Amma bizdə bir başqa problem də var. Məsələn, Fransada, Avropada bu məsələ gündəmə gələndə ciddi şəkildə insanların etirazına səbəb olur. Onlar təqaüd yaşının artmasına etiraz edirlər. Bizdə fərqlidir, insanların böyük qismi təqaüd yaşının artırılmasını doğru sayırlar. Bu da onunla əlaqədardır ki, iş yerində gəlirləri təqaüddən daha çox olur. Məsələn, Azərbaycanda qadınların ən çox çalışdığı sahə məktəb müəllimliyidir. Bu sahədə təqaüdə çıxanlar az təqaüd alırlar, amma maaşları daha yüksəkdir”.

Natiq Cəfərli hesab edir ki, Azərbaycanın təqaüd sistemi yenidən qurulmalıdır: 

"Bir tək dövlətin əlində olan Dövlət Təqaüd Sığorta Fondundan əlavə özəl fondlar olmalıdır. İnsanların daha yüksək təqaüd alması üçün yeni şərtər yaradılmalıdır ki, insanlar pensiyaya çıxmağa maraqlı olsunlar”.

Qeyd edək ki, Ombudsman qadınların pensiya yaşının azaldılmasını təklif edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR