Türkiyədə əmanətlərə vergi tənzimləməsi ilə bağlı azərbaycanlı iqtisadçı Cəfər İbrahimli açıqlama verib
Türkiyədə əmanətlərə vergi tənzimləməsi ilə bağlı azərbaycanlı iqtisadçı Cəfər İbrahimli açıqlama verib. Fins.az ekspertin fikirlərini təqdim edir.
Bu gündən etibarət Türkiyə saxlanan TL-sı əmanətlərinə tətbiq olunan mənbədən vergi azaldılaraq, müddət etibari ilə 0%-5% arasında təşkil edəcək. qeyd edək ki, əmanətlərə tətbiq olunan mənbədən vergi son dəyişikliyə qədər 10%-lə 15% arasında dəyişirdi.
Eyni zamanda ABŞ dolları əmanətlərinə tətbiq olunan mənbədən vergi meddətə görə 13%-lə 20% arasında tətbiq olunacaq. Rəsmi açıqlamada tətbiq olunan vergi dəyişiklikliyi TL üzərindəki təzyiqi azaldılmasına hesablandığı qeyd olunur. Bu tənzimləmə TL üzərində təzyiqi azaldacaq?
1. Hazırha ölkə banklarında qisa müddətli TL əmanətlərinə təklif olunan faizlər daha yüksəkdir və uzun müddətli (365 və üzəri)əmanətlərə 0% mənbədən vergi tətbiq olunsa belə investora ciddi avantaj saxlamaz.
2.İnvestorlar riskin yüksək olduğu bir dönəmdə qısa müddətli əmanətləri tərcih edər, uzun müddətli vergi avantajı ilə cox maraqlanmaz.
3. ABŞ dolları əmanətlərinə tətbiq olunan yüksək verdi İqtisadi subyektlərin əmanətlərini TL-yə çüvirməsini stimullaşdıra bilər. Eyni zamanda yüksək vergi tətbiqi qısa müddətli xarici fonların ölkədən çıxışını da sürətləndirə bilərki, bunun da kifayət qədər mənfi təsiri gözləniləndir.
4. TL bazlı iki illik dövlət və özəl sektor qiymətli kağızlarının gəlirliyinin 24-25%-ə yüksəldiyi və Bankların 1 illik avrobandlarının gəlirliyinin 14-18%-ə qədər yüksəldiyi bir vəziyyətdə qeyd olunan mənbədən vergi tənzimləməsinin TL üzərində təzyiqi azaldabiləcəyi çətin görünür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət