Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tənəffüs yollarımızı koranavirusdan necə qoruyaq?

Tənəffüs yollarımızı koranavirusdan necə qoruyaq?
Sakura

Koranavirus epidemiyası. Tənəffüs yollarımızı necə qoruyaq?

Koronavirus epidemiyası zamanı burun və boğaza ayrıca diqqət yetirilməlidir ki, bu da orqanizmi virus və bakteriyalardan qorumağı asanlaşdırır. Bəs tənəffüs yollarının sağlamlığı üçün nələr edilməlidir?

Ens.az saytının məlumatına görə, tənəffüs yollarını təmizləmək üçün adaçayı bitkisindən hazırlanmış məhluldan istifadə edərək buxar inhalyasiyası etmək faydalıdır. Bu halda yavaş-yavaş nəfəs almaq və nəfəs vermək lazımdır – belə prosedur mikrobları dezinfeksiya edir və öldürür, seliyi durulaşdırır, orqanizmdən virusların uzaqlaşdırmasını sürətləndirir.

Koronavirusun geniş yayıldığı bu dövrdə tənəffüs yollarınızı qorumağın başqa bir təsirli yolu bol maye içməkdir.

"Bu halda selik daha incə olur, bu da infeksiya patogenlərinin nəfəs yollarında yuva salmasına mane olur. Çay, bitki mənşəli və ya zəncəfilli, limonlu su, yaxud adi su bunu xüsusilə təsirli edir. Şirin içkilərdən, əksinə, çəkinmək lazımdır ”deyə mütəxəssislər məsləhət görürlər.

Ekspertlər onu da qeyd edirlər ki, çalışıb əsasən yalnız burun vasitəsilə nəfəs almaq lazımdır. Burundan keçən hava, burun boşluğundakı tüklər tərəfindən süzülür, bu da boğaza girən patogenlərin sayını azaldır.

Bundan əlavə, mümkün qədər az siqaret çəkmək, yaxşı olar ki, ümumən imtina etmək və açıq havada bir müddət vaxt keçirmək də lazımdır- balkonda, bağda, parkda və ya ən azı açıq pəncərənin yanında bir neçə dəqiqə oturmaq.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR