Slimfit
  1. MƏŞHURLAR

“Təndirdə çörək bişirməyi də öyrənmişəm”

“Təndirdə çörək bişirməyi də öyrənmişəm”
Sakura

“Təndirdə çörək bişirməyi də öyrənmişəm”

26-28 iyul tarixlərində Bakıda keçirilən “Jara 2019” Beynəlxalq Musiqi Festivalına qatılan qonaqlardan biri də Rusiyanın “Pervıy kanal” televiziyasının aparıcısı Yuliya Baranovskaya olub. O, Azərbaycan və Bakı haqda təəssüratlarını “Qafqazinfo” ilə bölüşüb.

Y. Baranovskaya paytaxtımızı çox sevdiyini deyib:

“İlk növbədə, Bakı mənim üçün insanlardı. Daha doğrusu, onların ürəkaçıqlığı, qonaqpərvərliyi. İnanın mənə, çox gözəl binalar tikmək, ölkəni həddindən artıq müasir etmək, bütün çimərlikləri abadlaşdırmaq, restoranlar, muzeynlər açmaq olar, amma insanların qonaqpərvərliyi, xoş münasibəti olmayacaqsa, heç nə alınmayacaq. Bakıda hiss edirsən ki, səni sevirlər və həmişə gözləyirlər. İnanılmaz şəhər, inanılmaz ölkəniz var. Mən buranı çox sevirəm”.

 “Jara” festivalı haqda danışan aparıcı bunları qeyd edib:

“Festivalınız çox gözəl keçir. Burada çıxış edən artistlər də ürəkdən çıxış edir. Bilirlər ki, onları çox sevirlər, gözləyirlər və heç vaxt alqışsız qoymayacaqlar. Bu, bizim dövrümüz üçün nadir bir şeydir. “Jara” festivalı mənim üçün baş verən ən əlamətdar hadisələrdən biridir. Mən onu həmişə qırmızı xətlə digərlərindən ayırıram. Fikrimcə, “Jara” musiqi festivalları arasında birincidir. “Jara” mənim üçün həyatdır”.

Y. Baranovskaya tək Bakıya yox, eləcə də ölkəmizin digər rayonlarına səfər etdiyini də açıqlayıb:

“Azərbaycanın bir çox dilbər guşələrini görmüşəm. Düzdür, rayonların adları yadımda qalmasa da, orada çox gözəl vaxt keçirmişdik. Məndə unudulmaz təəssüratlar yaradan bu tur proqramını biz – qonaqlar üçün üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təşkil etmişdi. Ona bir daha təşəkkürümü bildirirəm. Həyat yoldaşım Andrey və övladlarımla bir çox maraqlı yerləri gəzmək imkanımız oldu. Bizim üçün balaca bir həyətdə günorta yeməyi hazırlamışdılar. Təamlarınızın ləziz dadından doymaq mümkün deyildi. Mənə təndir çörəyi bişirməyi də öyrətdilər, daha sonra özüm bişirdim. Bu, unudulmaz idi. Çox gözəl ölkəniz, təbiətiniz, insanlarınız var”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR