Slimfit
  1. BİOQRAFİYA

Telimxan

Telimxan
Sakura

Telimxan - Telim xan Teymur xan oğlu Türkman — el şairi

Telim xan 1742-ci ildə Savə vilayətinin Mərağey kəndində anadan olmuşdur. 14-15 yaşlarında şeir yazmağa başlamışdır. Çox gözəl şeirlər yazdığı və mükəmməl aşıqlığından dolayı onun "Haqq aşığı" olduğuna inanılmışdır.

Telim xan gənclik illərində əmisi qızı Mehri xanıma aşiq olmuş, onun ardınca Şiraza getmiş, orada yeddi il qalaraq yəhər-səmər işləriylə, sərraclıqla məşğul olmuşdur. O, nakam bir eşq yaşamış, çox sevdiyi Mehri xanıma qovuşa biməmışdir. Amma son nəfəsinə qədər Mehri xanımı sevmişdir.

Telim xan bir şerində 60 yaşına, başqa bir şerində isə 90 yaşına çatdığına işarə etmişdir. Onun doxsan yaşında öldüyü qəbul edilsə də, şair hicri-qəməri 1245-ci ildə, yəni miladi 1829-cu ildə vəfat edib.

Telim xanın oğullarından biri Qulamhüseyn bəydir. Onun oğlu Kərim bəy, onun oğlu Murad xan, Murad xanın oğlu isə Mirzə Mahmuddur (Türkmən Mahmud). Mirzə Mahmud da şair imiş. Onun övladlarından Mahmud oğlu Hüseyn, indi Hüseynoğulları ünvanını Mahmuddan alıb "Mahmudi" deyə tanınırlar. Telim xanın bir oğlu da Şükrullah bəy imiş ki, onun nəsli də Cəlali, Nuri, Zahidi və Telimi soyadları ilə tanınmaqdadırlar.

Savə türklərindən Əli Kəmali, Telim xanın on min beytə yaxın şerini toplamış və bir divan halına gətirib çapa hazırlamışdır. Telim xan klassik və xalq şerinin, müstəzat, müxəmməs, təsnif, təcnis, qoşma, gəzəl, müsəlsəl, bayatı, gəraylı, mürəbbə, müsəbbə, müləmma, dodaqdəyməz, nəzm şəkillərində və əruz vəzninin çeşidli qəlplərində şeirlər yazmışdır. Tədqiqatçı-vəkil Əli Kəmali bir yazısında ömrünün on ildən çoxunu Telim xanın həyatını araştırmağa və onun şeirlərini toplamağa həsr etdiyini, milyonlarla pul xərclədiyini yaxşı mənada öyünərək yazır. Əli Kəmali tamamlayıb, hazır hala gətirdiyi Telim xanın divanını çap etdirmədən dünyaya gözlərini yumdu (1996). Bu divan hələ də çap olunmayıb.

 

Şeirləri

Gəlirəm
Qəm əmdim, dərdlərə olmuşam bəndə
Ərkani-cangaşə əyaq qoyanlar
Geyinəndə başdan-başa bir al sən
Oldu 
Deyərlər 
Min bağı
Dilər
Məni 

 

Başqa şeirləri

Vücudnamə
Sərasər bəxtimi al eləyibdir
Telimxandan Bayat Cəfərə
Bayat Cəfərin Telimxana cavabı
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR