Dərc edildi: Baxış sayı: 761
Televizor olan otaqda yatmaq… – Beynimizi öldürür
Yəqin ki, televizor qarşısında yatmağın ziyanlı olduğunu eşitmişiniz. Əgər sizin yataq otağınızda televizor varsa, o zaman siz də televizor qarşısında yuxuya gedənlərdiniz.
Bəs bunun səbəbi nədir?
Medicina.az bu suala cavab axtarıb.
Yuxuya getmək üçün nəzərdə tutulan quş nəğməsi, ocaq və ya su səsi stabilliyi ilə seçilir. İnsan bu səslərlə daha rahat yuxuya gedir. Televizorun səsi isə beyini daima oyaq vəziyyətdə saxlayır. Bu aktivlik isə öz növbəsində yuxunu pozur. Oyandıqda isə beyin istirahət etmədən yeni günə başlayır. Bu isə onda mənfi effektlərin yığılmasına gətirib çıxarır.
Əgər insanda yuxusuzluq və yuxu pozğunluğu varsa, televizorla bir otaqda yuxuya getmək vəziyyəti daha çətinləşdirəcək.
İkinci problem işıqdır. Yataq otağında işıq mənbəyi gün-gündən artır. Bunlara adapter, texniki vasitələr üzərində olan işıqlı düymələr və s. aid edilə bilər. Amma onlardan heç biri televizor kimi işıq verə bilmir. Bu işıq hətta yatmış vəziyyətdə də insana mənfi təsir edir. Bu isə öz növbəsində beynin işinə mənfi təsir göstərərək təbii sirkad ritmlərini pozur.
Arzu
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət