Slimfit
  1. CƏMİYYƏT

Telekanal rəsmi qurumun aşkarladığı nöqsanlardan danışdı

Telekanal rəsmi qurumun aşkarladığı nöqsanlardan danışdı
Sakura

Telekanal rəsmi qurumun aşkarladığı nöqsanlardan danışdı

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı”nın müzakirəsi barədə Hesablama Palatasının açıqlamasının bir sıra saytlarda və sosial şəbəkələrdə təhrif edilmiş, dəqiqləşdirilməmiş formada təqdim edilməsi təəssüf doğurur.

Bu barədə "Report"un yerli bürosuna səhmdar cəmiyyətindən bildirilib.

"Palatanın açıqalamasından göründüyü kimi, auditor hesabatında dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir. Konkret deyilir ki, aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi əsas tələbdir. Bildiririk ki, normativ-hüquqi aktlardakı uyğunsuzluqlar, bir sıra hallarda mükafat və məzuniyyət haqlarının əməkdaşlara ödənilməsində, istismar müddəti başa çatmış yayım və çəkiliş avadanlıqlarının, balansda olan aktivlərin invertarizasiyası, amortizasiyası barədə ilkin sənədlərin tərtibində əməkdaşların yol verdiyi nöqsanlar cinayət tərkibi əlamətlərini ehtimal etdiyindən Hesablama Palatası səlahiyyətləri çərçivəsində müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul edib. Bu da təbii hüquqi prosedurdur. Palatanın bu ehtimalının mənimsəmə kimi təqdim edilməsi qətiyyən yolverilməzdir və qeyri-peşəkarlıq əlamətidir. Naxçıvan TV ölkəmizin ən mühüm, qədim mədəniyyət ocaqlarından biridir və cəmiyyətin güzgüsü olan bu media qurumunda şəffaflıq əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR