Slimfit
  1. TEXNOLOGİYA

Telegram genişmiqyaslı blokçeyn-layihəni ümumi istifadəyə verib

Telegram genişmiqyaslı blokçeyn-layihəni ümumi istifadəyə verib
Sakura

Telegram genişmiqyaslı blokçeyn-layihəni ümumi istifadəyə verib

Telegram komandası TON blokçeyn-şəbəkəsinin sınaq versiyasını hamı üçün əlçatan edib. Bu platformanın buraxılışından əvvəlki son mərhələsidir. Səhmdarlar layihəyə 1,7 milyard dollar ayırıblar.

Proqramçılar komandası blokçeyn-şəbəkəni 2019-cu ilin 31 oktyabrına kimi buraxmalıdırlar. Əks halda isə, Durov və onun qardaşı toplanan bütün pulları səhmdarlara qaytarmalı olacaqlar.

May ayından versiya ancaq məhdud şirkətlərə əlçatan idi, amma indi platformanı istəyən hər kəs yoxlaya biləcək. Bunu lazım olan sayda Gram sınaq tokenlərinin köməyilə edə biləcəklər.

Bitmiş yaz sınağı göstərdi ki, TON əməliyyatları Bitcoin və Ethereum şəbəkələrindən də daha yüksək sürətlə həyata keçirir. Ödənişlərin sürəti platformanın buraxılmasından sonra  Visa və MasterCard-la rəqabət apara bilər.

TON Payments və onunla bağlı olan kriptocüzdandan başqa ödəniş sisteminin digər xidmətləri də olacaq. Məsələn, TON DNS , platforma daxilində ünvanın rahat oxunaqlı olmasına kömək edəcək. TON Storage-də isə faylları saxlamaq mümkün olacaq. İnsan müdaxiləsi olmadan blokçeyn-şəbəkədə işləyən  botlar əmələ gələcək. TON –un Telegram-a daxil olmasına baxmayaraq, messencer şəbəkə üçün yeganə tətbiq olmayacaq. Daxili xidmətlər TON-da xüsusi şlyuzlar vasitəsilə keçərli olacaqlar. Eyni zamanda TON asanlıqla mövcud olan tətbiqlərə inteqrasiya edə biləcək.

10 iyulda Telegram öz Gram kriptovalyutasının sınaq satışını həyata keçirib.

Mənbə: bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR