Türkiyəli ekspertdən tövsiyələr
Telefon, kompüter və planşet kimi cihazların həddindən artıq istifadəsi, onlardan ayrılan ultrabənövşəyi şüalar səbəbindən dəridə arzuolunmaz ləkələrə səbəb ola bilər.
Ens.az xəbər verir ki, Estetik Plastik və Rekonstruktiv Cərrahiyyə üzrə Türkiyədən olan mütəxəssis Dr. Evrim Uçkunkaya, "Xüsusilə gün ərzində cib telefonları və planşetlərdən istifadə edərkən çox diqqətli olmaq lazımdır. Cib telefonlarından yayılan dalğalar dərini tutqun edir, ləkələr əmələ gətirir və dərinin altındakı qoruyucu mineral quruluşu pozur" deyib. Ekspert, dəri ləkələrindən qorunmaq üçün texnoloji cihazların 20 dəqiqəlik fasilələrlə istifadə edilməsini təklif edir. Evrim Uçkunkaya dəri ləkələrinə qarşı digər tədbirləri belə sıralayıb: "Ətir tərkibli məhsulu dərinizə sürtüb günəşə çıxmayın. Günəşə çıxmazdan yarım saat əvvəl günəşdən qoruyucu krem tətbiq edin. Kreminizi 20 dəqiqədən bir dəyişdirin. Günəşdən qoruyucu kremi yaş dərinizə sürtməyin. Qış aylarında dərinizi qurutmağa laqeyd yanaşmayın. Daha çox C vitamini və antioksidan yığmadan yay üçün hazırlaşın. Xüsusilə açıq rəngli dərisi olanlar mütləq şlyapa və günəş eynəyi istifadə etməlidirlər. "
Mənbə: aksam.com.tr
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət