Slimfit
  1. TARİX

Telefon

Telefon
Sakura

Telefon — səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazı

Telefon (qədim yun. τῆλε «uzaq» və φωνή«səs»)— səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. İndiyə qədər uzun təkamül yolu keçmişdir. Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır.

Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqlığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır. Hər bir telefon onu təyin edən bir telefon nömrəsinə sahibdir.

 

Tarixi

Telefonun nə vaxt kəşf olunması ilə əlaqədar bir çox mübahisələr mövcuddur. Digər mühüm kəşflər kimi telefonundan kəşfindən əvvəl ona bənzər prinsipdə işləyən qurğular kəşf edilmişdir. Bu kəşfləri edənlər İnnokennto Manzetti, Antonio Meuççi, Reys Filipp, Aleksandr Qrehem Bell, Tomas Edison və digər alimlər olmuşlar. Lakin Bell ilə Edisonun kəşfə görə əldə etdikləri patent əsas götürülmüşdür.

1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün "Bell Telephone Company" adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra – 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. On il sonra isə Amerikada telefon istifadəçilərinin sayı 150 minə, İngiltərədə 26 minə, Almaniyada 22 minə çatdı. Bellin ixtira etdiyi telefonda danışmaq və qulaqasmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiya bir dəstəkdə birləşmişdir.

1876-cı il martın 10-da ilk telefon danışığı baş tutmuşdu. Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: "Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənə lazımsınız".

İlk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində fəaliyyətə başladı. 1883-cü ildə isə Boston və Nyu-york şəhərləri arasında rabitə əlaqəsi yaradıldı.

 

Mobil telefon

Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.

Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

Hesab edilir ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

 

Rəqəmsal telefon

Rəqəmsal telefonlar, rəqəmsal elektronika məhsullarının rəqəmsal telefon və sistemlərinin vəziyyətində istifadə olunmasıdır. 1960-cı illərdən etibarən bütün dünyadakı telefon sistemləri kütləvi şəkildə analoq sistemdən rəqəmsal sistemlərə doğru keçid etməyə başladı. Keçid şəbəkələrinin bir çoxu eyni zamanda rəqəmsal formada qurulmağa başlandı. Rəqəmsal telefon sistemləri ilk zamanlar səsli xidmətin qiymətinin ucuz olması üçün istifadə olunmağa başlanmışdı. Lakin sonradan belə telefon sistemlərinin yeni şəbəkə xidmətləri (İSDN kimi) göstərə bildiyi və böyük həcmdə informasiyanı rəqəmsal qurğular vasitəsilə telefon xətləri üzərindən ötürmək imkanının olduğu ortaya çıxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR