Slimfit
  1. CƏMİYYƏT

Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Sakura

Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, aparılmış araşdırmalarla Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Fateh Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisədə öldürülən Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR