Tələbələrin təhsil haqqında dəyişikliklər olacaq? - Rəsmi cavab
Tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, təhsilalan ali məktəblə müqavilə imzalayanda qeyd edir ki, ödəniş edəcək:
"Hazırki şəraitdə forma dəyişsə də, məzmun eyni olacaq, eyni dərslər keçiriləcək. Tələbələr distant təhsili keyfiyyətli hesab etmirlərsə, akademik məzuniyyət götürüb növbəti il yenidən təhsillərini davam etdirə bilərlər. Ali təhsil müəssisələri təsərrüfat fəaliyyətlərini öz pulları ilə edirlər, bu səbəbdən təhsil haqqında hər hansı güzəştə gedilməsi gözlənilmir. Həm də həssas qrupdan olan tələbələrin təhsil haqqına güzəşt ediləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət