Slimfit
  1. AZƏRBAYCAN

Tələbələrə gediş haqqında güzəşt ediləcək?

Tələbələrə gediş haqqında güzəşt ediləcək?
Sakura

Tələbələrə gediş haqqında güzəşt ediləcək?

on günlərdə sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyinin yaydığı deyilən məlumatda bildirilir ki, bir müddət sonra nəqliyyat vasitələrində tələbə və təqaüdçülərə endirimlər olunacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə danışdıq. O, bildirdi ki, belə bir mövzu hələ gündəmdə deyil: "Bizim hal-hazırda qarşımıza qoyduğumuz əsas məqsəd şəhərin bütün istiqamətinə gedən avtobusların kart sisteminə keçməsidir. Sosial şəbəkələrdə bizim adımıza yayılan bu məlumatlar yalandır".

Tələbələrin hər zaman dəstəyə ehtiyacı var

Bu sözləri AzNews.az saytına açıqlamasında nəqliyyat eksperti Azər Allahverənovdeyib.

“Bu təcrübə bizə qonşu olan bir çox ölkələrdə həyata keçirilir. Rusiyada, Gürcüstanda elə qardaş ölkə Türkiyədə də. Hər bir ölkənin büdcəsi fərqlidir. Amma bunu düşünməliyik ki, tələbələr cəmiyyətin əsas qruplarıdır, sosial müdafiəyə ehtiyyacı olan şəxslərdir və onlara müəyyən mənada dəstək göstərmək lazımdır. Çünki tələbələr daha çox dərsləri ilə məşğuldurlar və onların çox az bir qismi əmək fəaliyyəti ilə məşğul ola bilirlər. Buna görə də onlara müəyyən güzəştə getmək lazımdır. Tutalım, tələbənin bir günlük nəqliyyat vasitələrinə xərclədikləri pul 1 manatdırsa, endirim olsa 50 qəpik olacaq. Bu elə tələbələrə də az məbləğ kimi görünsə də, əslində bu məbləğ il ərzində toplananda böyük məbləğə çevrilir. Bu məbləğlə də tələbə öz kitab xərclərini qarşılaya bilər. Mən özüm bu mövzunu hər zaman gündəmdə saxlamağa çalışıram, bəzi insanlar mənim fikrimlə razılaşmasa da, çoxu razılaşır. Fikrimlə razılaşanlar, mövzuya mən dediyim mövqedən yanaşır, razılaşmayanlar isə məsələyə daha çox bazar iqtisadiyyatı rakursundan yanaşır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR