Dərc edildi: Baxış sayı: 415
Tələbələr üçün 154 vakant iş yeri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Sumqayıt Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib. Modern.az xəbər verir ki, tədbirdə 15 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan 3-ü dövlət, 12-si qeyri-dövlət müəssisəsi olub. İşəgötürənlər tədbirə 154 boş iş yeri təqdim ediblər.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin və Sumqayıt Dövlət Universitetinin nümayəndələri tədbirdə iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət