Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Tələbələr Hüquq və İnsan Haqları İnstitutunda təcrübədə

Tələbələr Hüquq və İnsan Haqları İnstitutunda təcrübədə
Sakura

Tələbələr Hüquq və İnsan Haqları İnstitutunda təcrübədə

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutuna təcrübə keçmək üçün göndərilən Dövlət Gömrük Komitəsi Akademiyasının hüquqşünaslıq və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və politologiya ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələri üçün ilk mühazirə təşkil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, mühazirədə institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədova institutun yaranması, fəaliyyəti, eləcə də şöbələrin fəaliyyət istiqamətləri haqqında slayd təqdimatla çıxış edərək tələbələrə ətraflı məlumat verib.

Daha sonra beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Azərbaycan-Ermənistan münasibətləri beynəlxalq müstəvidə” mövzusunda mühazirə söyləyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR