Dərc edildi: Baxış sayı: 822
Tələbə qız Putinlə görüşdə huşunu itirdi
Ural Federal Universitetinin tələbəsi Rusiya prezidenti Vladimir Putinlə görüşdə huşunu itirib.
BAKU.WS xəbər verir ki, hadisənin görüntülərini Rusiya televiziyaları nümayiş etdirib.
Dövlət başçısının iştirakı ilə baş tutan tədbirin başlanmasından təxminən 1 saat keçdikdən sonra qızın halı pisləşib. Putin qızın yavaş-yavaş huşunu itirdiyini görüb və iştirakçlılarla söhbətini kəsib.
O, tələbəyə yardım edilməsini xahiş edib. Təhlükəsizlik xidmətinin əməkdaşları qızı auditoriyadan çıxarıblar, onun arxasınca baş nazirin birinci müavini Tatyana Qolikova çıxıb.
Putin, "Mən düşünürəm, ciddi heç nə yoxdur",- deyib və sualları cavablandırmağı davam etdirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət