Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparır
Sabah Təl-Əvivdə cüdo üzrə Qran-Pri yarışı start götürəcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Qran-Pri yarışlarında ölkəmizi 18 idmançı təmsil edəcək.
Kişilər arasında yarışlarda cüdoçularımız Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Qızların turnirində isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar.
“Tokio 2020”yə lisenziya xalları verən turnirə yanvarın 26-da yekun vurulacaq.
Mənbə: AzNews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət