Təkamül prosesində insanlar ünsiyyət üçün dildən istifadəni dayandıracaqlarmı?
Bildiyim kimi, linqvistik nəzəriyyədə iki əsas istiqamət var. Xomskinin universal qrammatika nəzəriyyəsi insanın mədəniyyət, inkişaf səviyyəsi, sivilizasiya özəlliyi və s. asılı olmayan doğuşdan dil bacarığından danışır.
Sepir – Uorfun linqvistik nisbiliyi nəzəriyyəsi iddia edir ki, dilin quruluşu ilə dünya görüşü (bu dilin daşıyıcısının düynanı dərk etmə metodu) arasında sıx əlavə mövcuddur.
Hər iki hipotezdən təkamül prosesində dilin itirilməsi imkanı ortaya çıxmır. Əgər dilin əsası həqiqətən universaldırsa, onda heç bir təkamül prosesi onu dəyişdirə bilməz. Dilin xarici “görünüşü” dəyişə bilər (daim dəyişir) (məs: orfoqrafiya, punktuallıq və s.).
Əgər dil koqnitiv proseslərlə sıx əlaqədardırsa, onda insan yaradıcılıq, məntiqi düşünmə, dünyanın elmi dərketməsi itənə qədər itməyəcək. Yeni nəslin əvvəlkindən daha axmaq olması haqqında çoxlu iddialara baxmayaraq hələ heç bir intellektual kollaps müşahidə olunmur, buna görə dil də rabitə və dünyanı dərketmə vasitəsi kimi qalacaq.
Müəllif:Andrey Savçenko
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət