Təhsilin məzmunu son 90 il ərzində dəyişməyib - Nazir
Siniflər və tədris fənləri üzrə dərs saatlarını müqayisə etsək, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
"Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə son 30 ildə də lazım olacaq. Lakin bu, elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, məzmun baxımından müəyyən dəyişikliklər baş verir:
"Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət