Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil Nazirliyindən dərslərlə bağlı - Vacib xəbər

Təhsil Nazirliyindən dərslərlə bağlı - Vacib xəbər
Sakura

Təhsil Nazirliyindən dərslərlə bağlı - Vacib xəbər

“Virtual məktəb” layihəsində iştirak etməmək dərs proqramından geri qalmaq anlamına gəlməməlidir.

Ens.az Trend.az-a istinadən xəbər verir ki,bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, bəzən valideynlər hansısa səbəblər üzündən övladlarının "virtual məktəb" layihəsində iştirak edə bilmədiklərini deyirlər:

“Mən müəllimlərə, şagirdlərə və valideynlərə müraciət edərək bildirmək istəyirəm ki, "Virtual məktəb" portalı teledərslərə yardımçı vasitədir. Bu gün şagirdlərin proqramdan geri qalmaması üçün onların tədris proqramına müvafiq olaraq “Dərs vaxtı” proqramı çərçivəsində teledərslər keçirilir. Bu teledərslər şagirdlər üçün yetərlidir. Düzdür, "Virtual məktəb” layihəsində iştirak etmək şagirdlər üçün müsbət haldır. Amma orada iştirak edə bilməmək də dərs proqramından geri qalmaq mənasına gəlmir".

Xatırladaq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR