Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil Nazirliyi deputatı haqlı saymadı

Təhsil Nazirliyi deputatı haqlı saymadı
Sakura

Təhsil Nazirliyindən deputatın fikirlərinə münasibət bildirilib

Təhsil Nazirliyindən deputatın fikirlərinə münasibət bildirilib.

Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin son iclasında millət vəkili (keçmiş komitə sədri) Şəmsəddin Hacıyev şagirdlərin, o cümlədən, müəllimlərin dərs-tədris yükü məsələsinə toxunmuş və öz narazılığını bildirmişdi.

O, xüsusilə müəllimlərin dərs-tədris yükünün çoxluğunu qabartmış və bildirmişdi ki, bu yöndə addımların atılmasına, müzakirələrə təqdim olunmuş “Ümumi təhsil haqqında” yeni qanun layihəsində bu məsələyə aydınlıq gətirilməsinə, onun əksini tapmasına ehtiyac var.

Ancaq Təhsil Nazirliyi millət vəkilinin müəllimlərin dərs-tədris yükü ilə bağlı iradlarını və təklifini qəbul etmir.

Adıçəkilən nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, ümumiyyətlə, bu məsələ sözügedən qanunun predmeti ola bilməz.

“Bu məsələnin qanunla hansısa bağlılığı yoxdur və ola da bilməz. Eyni zamanda, müəllimlərin dərs-tədris yükü fərqlidir. Məsələn, bəzi məktəblərdə ədəbiyyat dərsi 200 saat ola bilər, bəzisində isə 60 saat. Yəni məktəblərdəki siniflərin və şagirdlərin sayına görə bu rəqəm dəyişir. Ona görə də bu məsələnin qanunla tənzimlənməsi mümkün deyil”, - deyə A.Əhmədov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR