Slimfit
  1. AZƏRBAYCAN

Təhsil naziri: Xüsusi istedadlı uşaqları seçirik

Təhsil naziri: Xüsusi istedadlı uşaqları seçirik
Sakura

Təhsil naziri: Xüsusi istedadlı uşaqları seçirik

Yerli təhsil idarəetmə qurumlarının hesabatlılığı artırılmalıdır.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” təhsil idarəedənlərinin respublika müşavirəsində çıxışı vaxtı bildirib.

Onun sözlərinə görə, yaxın 2 ay ərzində 132 nəfər yeni məktəb direktoru təyin olunub:

“Yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib. Müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsi bütün ölkə ümumi təhsil müəssisələrində aparılmalıdır. Müəllimlərin ixtisasartırma modulları yenilənəcək”.

Nazir qeyd edib ki, ölkə boyu xüsusi istedadlı uşaqların seçimi prosesi aparılır:

“İndiyədək 60 sinif yaradılıb və bu proses diqqət mərkəzində olacaq. Yerli təhsil idarəetmə qurumlarının hesabatlılığı artırılmalıdır. Məktəb bazasında peşə təmayülünün daha da genişlənməsi əsas prioritetlərdən biri olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR