Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil naziri “Qaynar xətt”ə daxil olan əsas müraciətlərdən danışdı

Təhsil naziri “Qaynar xətt”ə daxil olan əsas müraciətlərdən danışdı
Sakura

Təhsil naziri “Qaynar xətt”ə daxil olan əsas müraciətlərdən danışdı

Təhsil naziri Ceyhun Bayramov psixoloji dəstəklə bağlı yaradılan “Qaynar xətt” xidmətindən danışıb.

Oxu.Az-ın məlumatına görə, o, AZTV-də yayımlanan “Hədəf” proqramında bildirib ki, aprelin 6-dan Təhsil Nazirliyi tərəfindən 146-3 “Qaynar xətt” xidməti yaradılıb:

“Xidmətə tək şagirdlər, tələbələr deyil, ehtiyacı olan istənilən vətəndaş müraciət edirsə, ona psixoloji dəstək və konsultasiya xidməti həyata keçirilir. Aprelin 6-dan 10-dək 146-3 “Qaynar xətt” xidmətinə ümumilikdə 250 zəng daxil olub.

Müraciətlərin mövzusu, əsasən, karantin dövründə yaşlı insanların yoluxma riskinin artması ilə əlaqədar təşvişə düşməsidir. Bundan başqa, aşağı yaş qrupuna aid olan şagirdlərimizlə bağlı valideynlərin əsas şikayətləri ondan ibarətdir ki, yığılmış bol enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv hallar mövcuddur.

Eyni zamanda, abituriyentlər arasında bəlli narahatlıq var. Onlar qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli müraciət edirlər. Müraciət edən şəxslərə təcrübəli psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilir”.

“Layihə tələb olunan müddət ərzində davam etdiriləcək”, - deyə C.Bayramov qeyd edib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR