Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil naziri: “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır”

Təhsil naziri: “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır”
Sakura

Təhsil naziri: “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır”

“Təhsil müəssisələrində karantin yox, tətil elan edilib. Yəni hər hansı formada dərs aparılmayacaq”.

Ens.az APA-nın məlumatına istinadən xəbər edir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, söhbət burada payız tətili ilə yerdəyişmədən gedir: “Əvvəlki dövrlə müqayisədə son günlər virusun yayılması daha sürətlidir. Cəbhədə baş verən hadisələrə görə 1221 məktəbdə tədrisi təşkil edə bilmərik. Məktəblərdə koronavirusa kütləvi yoluxmaya rast gəlməmişik, ancaq şagirdlər, müəllimlər nəqliyyatla dərsə gəlir, onlar da yoluxmanın artmasına səbəb ola bilər. Bu qeyri-müəyyənlik halında iki həftə gözləmək məqsədəmüvafiqdir. İnternetlə bağlı müəyyən platformalar da işləyir. Yəqin oktyabrın sonlarında, noyabrın əvvəlində internetlə bağlı məsələ ilə əlaqədar da ictimaiyyətə məlumat veriləcək. İnanırıq ki, qısa müddətdə Azərbaycan Ordusunun zəfər yürüşü uğurla nəticələnəcək və cəbhə bölgəsindəki məktəblər də tədrisə qayıdacaq”.

E. Əmrullayev qeyd edib ki, tətil elan edilən günlər kompensasiya ediləcək: “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır. Mövcud tətil günlərini əvvələ keçiririk”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR