Slimfit
  1. CƏMİYYƏT

Təhsil müəssisəsində 250 min manat mənimsənildi - Cinayət işi açıldı

Təhsil müəssisəsində 250 min manat mənimsənildi - Cinayət işi açıldı
Sakura

Təhsil müəssisəsində 250 min manat mənimsənildi - Cinayət işi açıldı

Sumqayıt şəhər "Evdə" fərdi təhsil məktəbində 250 min manatdan artıq pul vəsaitinin mənimsənildiyi məlum olub.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Redaktor.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR