Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

“Təhsil haqqında” qanuna dəyişiklik edilir
Sakura

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Müzakirə olunan məsələlər aşağıdakılardır:

1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

“Təhsil haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, məktəb və bağçalarda çalışan 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Hazırda həmin məsələ ilə bağlı könüllülük məsələsi yoxdur.

Qanunda dəyişiklik üçün hazırlanan layihədə əksini tapan digər dəyişikliyə əsasən, məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddətinin 5 ildən 3 ilə endirilməsi nəzərdə tutulur. Hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Bundan başqa, dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur.

Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər.

“Məktəbə qədər təhsil haqqında” qanuna təklif olunan dəyişiklik layihəsinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq.

Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR