Slimfit
  1. MEDİA

“Təhsil Araşdırmalar Mərkəzi” Təqdim edir: “Müharibə və Yeni Dövr”

“Təhsil Araşdırmalar Mərkəzi” Təqdim edir: “Müharibə və Yeni Dövr”
Sakura

Gənc Şərhçi Azər Murad: “Yaxın Gələcəkdə Dünya Müharibəsi qaçılmazdır”

-Salam, xoş gördük, Azər bəy. “Təhsil Araşdırmalar Mərkəzi” olaraq, “Müharibə və yeni dövr” paraqrafında olan yayınlarımız çərçivəsində ekspertlərlə, düşüncə sahibləriylə intervyu aparır və onların fikir və yanaşmaları ilə maraqlanırıq.

Siz də feysbukda maraqlı və mənalı fikirlərinizlə diqqəti cəlb edən bir gənc düşüncə sahibisiz. Əlbəttə, ixtisasınız barədə məlumat sahibi deyilik, amma bu, heç önəmli də deyil, odur ki, birbaşa olaraq, söhbətə başlamaq istəyirik.

İlk sualımız belədir: fərqli düşüncə və dərrakə necə formalaşır? Nədən başqa gənclər, həmyaşıdlarınızın çoxu aşağı səviyyəli, ucuz həyat tərzi sürdükləri halda, məsələn, hansısa xanımla tanış olmağı hədəf seçdikləri halda, sizin timsalınızda digər gənclər isə ciddi, mənalı işlərlə məşğuldur? Bu böyük fərqi yaradan amillər nələrdir?

-Tarixən belə olub ki, çox az bir qisim insan təfəkkür edən, cəmiyyətin və dünyanın problemlərinə biganə qalmayan insanlar olur. Allah bizi belə yaradıb ki, həqiqətən səmimi və ciddi şəkildə dünyanın və toplumun dərdləri ilə dərdlənərək, problemləri, gələcəyi öncədən görməyə çalışır və sağlam bir dünya qurmaq üçün öz fikirlərimizi irəli sürürük. Bütün hər kəs belə ola bilməz, buna görə də hamını qınaya bilmərik. Hazırkı zamanda isə gənclərin boş işlərlə məşğul olmasının əsas səbəbi də düzgün istiqamətləndirici ziyalı təbəqənin olmamasıdır.

Dərrakə təfəkkür etməklə formalaşır.Təfəkkür etmək üçün də gərək insanın sağlam inancı olsun. İnsan təfəkkür edəndə hansısa sualın cavabını tapacağına inanaraq düşünür. İnsanın inancı olmasa təfəkkür edə bilməz. Sağlam inancı da əldə etmək üçün gərək insan hər seydən, hər kəsdən uzaqlaşa və hər bir şeyə eyni məsafədə dayana. Həmçinin öz arzu, istəklərini də şübhə altına almalıdır ki, arzuları, istəkləri onu yanıltmasın və düzgün təfəkkür etməyə maneə olmasın. Bundan sonra insanda sağlam dərrakə formalaşa bilər.

-Keçək, gündəm mövzumuza. Azər bəy, sizcə, 2-ci Qarabağ müharibəsi nədən baş verdi və bu savaşda xalqımızın və ordumuzun qalib gəlməsini şərtləndirən əsas amillər hansılardır?

-Beynəlxalq şərait yetişmişdi, siyasi dəstəyimiz güclü idi deyə müharibə oldu. Əvvəl-axır olacaq idi, sadəcə, 2020-ci il ən uyğun vaxt idi.

Ordumuzun, xalqımızın qalib gəlməsinin səbəbi 30 ildir içimizdə formalaşan haqlı nifrət idi. Bu nifrət olmasaydı igidlərimiz tarix kitablarına düşəcək Şuşa əməliyyatını belə uğurla həyata keçirə bilməzdilər. Həmçinin, ölkədə yaranan möhtəşəm birlik müharibənin taleyini həll etdi.

-Sizcə, bu savaşın nəticələri nələrdir?

-Əvvəlki yazılarımda da qeyd etmişəm ki, Azərbaycan 5-6 il sonra tam başqa bir ölkə olacaq. 5-6 içində nələr olacaq- demirəm, amma 5-6 ildən sonra dünyanın mədəni və iqtisadi mərkəzlərindən biri olacaq. Dünyada kapitalizm artıq son anlarını yaşayır və dünya yeni bir düzənə qədəm qoyur. Bu düzən isə Azərbaycanın xeyrinədir. Lakin biz bu dəyişikliyin xeyirlərini bir neçə il sonra görəcəyik.

-Gələcəkdə, yəni 5-10 il sonra iqtisadi-sosial-siyasi olaraq necə bir Azərbaycan və necə bir dünya təsəvvür edirsiz? Ümumiyyətlə, post-pandemiya dövünü necə proqnozlaşdırırsız?

-Koronavirusun dünyaya yayılması ilə dünya əhalisinin alışqanlıqları da dəyişdi. Kütləvi tədbirlər, toylar, yaslar yığışdırıldı. Görünür ki, bu virus hələ davam edəcək. Bu da insanları fərdi həyat tərzinə alışdıracaq. Fərdi həyat tərzi insanları internet vasitəsilə dünyaya çıxışa məcbur edəcək. Bir müddət sonra internetə alışan insanlar öz adət-ənənələrini, milli kimliyini itirəcək. Dünya insanı olacaqlar. Prosesin nə cür irəliləmə ehtimalını deyirəm. Amma bu prosesin uzun çəkməyəcəyindən əminəm. Bu dəyişim tam baş tutmayacaq və dünyada yeni müharibə başlayacaq. Bu müharibə son müharibə olacaq. Bu müharibə millətlər yox, iki qrup təbəqə arasında olacaq. Dünyanı texnologiya ilə idarə etmək istəyənlər və ağıl sahibləri arasında olacaq. Düzdü, bu dediklərim hardasa 7-8 il sonranın məsələləridir. Lakin, prosesi qabaqcadan bilmək lazımdır ki, gələcəkdə mövqeyimizi düzgün seçək.

Azərbaycanın Ermənistanla münasibətlərinin düzələcəyini, yaxın illərdə isə İranla münasibətlərin pisləşəcəyini gözləyirəm. Ancaq, hər halda Azərbaycan 7-8 il sonra dünyanın mədəni və iqtisadi mərkəzlərindən biri olacaq

-“Dünya yeni müharibəyə hazırlaşır” deyirsiz. Bu, çox önəmli iddiadır. Fikrinizi daha da aça bilərsizmi, bu, nə deməkdir?

-Dünya yeni iqtisadi düzənə girir. Bu haqda artıq iki ildi ətraflı yazıram. Yeni düzənlə kapitalist sistem, yəni dolların dünya üzərində hakimiyyəti, dolayısıyla ABŞ-ın dünya üzərində hegemoniyası itəcək. Yeni düzənin qurulmasında qlobal sərmayə sahibləri, texnologiya lobbisi maraqlıdır. Dövlət olaraq da kapitalizmin çöküşünə, ABŞ-ın dünya üzrə hegemoniyasını itirməsinə Çin Xalq Respublikası maraqlıdır. Çünki, yeni yaranacaq iqtisadi düzəndə Çin variantı idarəetməyə daha yaxındır. Çinin “Bir kəmər, bir yol” layihəsi dünyada yeni iqtisadi düzənin yaranmasına xidmət edir. Təbii ki, Çin dövləti bu qədər böyük layihədə tək deyil. Breksitlə Avropa Birliyindən ayrılan Böyük Britaniya, Türkiyə və Rusiya kimi dövlətlər də ABŞ-in dollarla dünya üzərində yaratdığı hegemoniyasını bitirmək üçün bu layihəyə dəstək verir. Təbii ki, yeni iqtisadi düzənin Azərbaycan üçün də böyük üstünlükləri var. Bunu biz ilk öncə, İkinci Qarabağ müharibəsində beynəlxalq aləmdən alınan siyasi dəstəklə gördük. Böyük Britaniya, Türkiyə, Ukrayna və Pakistan kimi dövlətlərin açıq dəstəyi yeni iqtisadi düzəndə strateji-iqtisadi müttəfiqlərimizin də kimlər olduğunu bizə göstərdi.Artıq bundan sonra daha güclü, dünyada öz sözünü deyə bilən Azərbaycan olacaq.

                                 

 

                                                                                               “Təhsil Araşdırmalar Mərkəzi”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR