Dərc edildi: Baxış sayı: 386
Təyyubə Siyavuşi Şahinayəti ölkədəki qeyri-fars millətlərə məxsus dillərin tədris olunmasını istəyib
Tehranın İran parlamentindəki millət vəkili Təyyubə Siyavuşi Şahinayəti ölkədəki qeyri-fars millətlərə məxsus dillərin tədris olunmasını istəyib.
Axar.az xəbər verir ki, millət vəkili yerli dillərin tədrisi ilə bağlı İran Konstitusiyasının 15-ci maddəsinin icrasını tələb edib.
“Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin məktəblərdə tədrisini təkid edir. Ona görə də geyimlə məşğul olmaqdansa, məktəblərdə yerli və ana dilinin tədrisi məsələsini həll etmək lazımdır”, - o bildirib.
T.Siyavuşi Şahinayəti vurğulayıb ki, məktəblərdə ana dilinin tədrisi prioritet məsələ olmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət