Slimfit
  1. MARAQLI

Təhlükəsiz qidalanmanın 5 əsas prinsipi

Təhlükəsiz qidalanmanın 5 əsas prinsipi
Sakura

Təhlükəsiz qidalanmanın 5 əsas prinsipi

Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır.

Publika.az xəbər verir ki, DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları onların təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”.

DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün bu şərtləri yerinə yetirməyə çağırır: yoluxmanın qarşısını almaq məqsədilə təmizliyə riayət etmək; çiy və hazır yeməkləri qarışdırmamaq; mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi mükəmməl hazırlamaq; bakteriyaların inkişafının qarşısını almaqdan ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq; yoluxmanın qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından istifadə etmək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR