Slimfit
  1. AZƏRBAYCAN

“Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin seçim mərhələsi yekunlaşıb

“Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin seçim mərhələsi yekunlaşıb
Sakura

“Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin seçim mərhələsi yekunlaşıb

Qida Təhlükəsizliyi Agentliyinin start verdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin seçim mərhələsi yekunlaşıb.

Bu barədə Trend-ə qurumun mətbuat katibi Aysel Fərziyeva deyib.

Bildirib ki, Agentlik əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir: “Maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə respublikanın müxtəlif ərazilərindən, hətta ucqar dağ kəndlərindən belə 2000-ə yaxın rəsm daxil olub. Qaliblər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü dənizkənarı bulvarda keçiriləcək sərgidə açıqlanacaq. Eyni zamanda müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdiriləcək.

Qurum rəsmisinin sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd uşaqların diqqətini qida təhlükəsizliyi mövzusuna çəkməkdir. Odur ki, əl işləri seçilərkən uşaqların qida təhlükəsizliyinə yanaşmaları, eyni zamanda məktəblilərin bu sahədə bilikləri, orijinal təxəyyül məhsulu və sağlam qidalanma ilə bağlı düşüncələri əsas götürülüb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR