Slimfit
  1. AZƏRBAYCAN

“Təhlükə rus dilindən yox, Zamirə Hacıyeva nümunəsindən gəlir…” – Sabiq deputat

“Təhlükə rus dilindən yox, Zamirə Hacıyeva nümunəsindən gəlir…” – Sabiq deputat
Sakura

“Təhlükə rus dilindən yox, Zamirə Hacıyeva nümunəsindən gəlir…” – Sabiq deputat

“Rus dili ilə, rusdilli təhsillə bağlı müzakirə açanların həyəcanını, narahatlığını, bəzən də skeptik yanaşmalarını başa düşmək mümkündür. Ancaq bu gün Azərbaycanın müstəqilliyini rus dilindən yox, Zamirə Hacıyeva nümunələrindən qorumaq vacibdir”.

AzPolitika.info”nun məlumatına görə, bunları keçmiş deputat, tanınmış YAP-çı Alqış Müsayev bugünkü “Facebook” statusunda yazıb.

O, statusunun ardında yazır: “Əlbəttə ki, Zamirə Hacıyevanın şəxsiyyəti heç bir halda təhqiqat obyekti olmamalıdır. O, xanımdır, anadır, bacıdır, həyat yoldaşıdır.

Onun təqdim etdiyi (və ya onun timsalında təqdim olunan) nümunə çox pis və qorxuludur. Belə faktlar sadə Azərbaycan vətəndaşının milli dövlətçilik, müstəqillik haqqındakı bütün mərhəm təsəvvürlərini, səmimi duyğularını, ümidlərini alt-üst edir, xarabalığa çevirir. Çünki sadə, orta statistik göstəriciləri daşıyan azərbaycanlının hadisələri qlobal kontekstdə təhli etməyə vaxtı, həvəsi və imkanı yoxdur.

Belə xəbərləri eşidən vətəndaş dərhal düşünür ki, biz bəyəm buna görə müstəqil olmuşuq ki, kimsə 109 milyonu oğurlayıb xaricə getsin və oturub gündə bir şüşəsi 3000 dollarlıq şərab içsin?!

Rus dili bizə, bizim milli əxlaqımıza və dövlətçilik düşüncəmizə heç vaxt belə ağır travmalar yaşatmayıbdır…”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR