Slimfit
  1. ELM

Tədqiqat heyvanların zəlzələni əvvəlcədən hiss etdiklərini təsdiqlədi

Tədqiqat heyvanların zəlzələni əvvəlcədən hiss etdiklərini təsdiqlədi
Sakura

Avropalı tədqiqatçılar bu fenomeni izah etməyə çalışıblar

Alimlər heyvanların zəlzələni öncədən hiss etdiklərini çoxdan güman edirdilər. Ancaq indiyə qədər bunu sübut etmək mümkün olmayıb: kataklizmdən əvvəl onların davranışlarının necə dəyişdiyini müəyyən etməyə sadəcə müşahidələr kifayət etməyib. Ens.az bildirir ki, bir qrup avropalı tədqiqatçı nəhayət bu fenomeni izah etməyə çalışıb.

Məlumdur ki, zəlzələlər insanlar və ətraf mühit üçün ciddi təhlükə yaradır. Bundan əlavə, onlar həmişə gözlənilmədən başlayır: ən azı bir neçə saat ərzində zəlzələnin miqyasını, yerini və vaxtını təxmin edən etibarlı xəbərdarlıq sistemləri hələ ki, yoxdur.

Bu gün ərazi üzərində aparılan müşahidələr və onun seysmik fəaliyyətinin qiymətləndirmələri əsasında zəlzələlər öncədən proqnozlaşdırıla bilir, lakin hətta belə təhlil də hər yerdə aparıla bilməz - hansısa regionun aktivliyi haqqında məlumatlar yalnız son yüz il ərzində toplanmışdır və heç də hər yerdə yox. Erkən xəbərdarlıq sistemləri yalnız mümkün təhlükəyə dair hesabatları göndərir.

Təbii fəlakətlərdən qısa müddət əvvəl heyvanların anomal davranışlarını insanlar uzun müddət əvvəldən fərq ediblər. Məsələn, Çinin Xayçen şəhərində 1975-ci ildə baş verən zəlzələ, dəliklərindən tələsik çıxan ilan və siçovulları müşahidə etməklə proqnozlaşdırıldı. Yerli rəhbərlik onların qəribə davranışlarına diqqət etdi və sakinləri fəlakətdən bir gün əvvəl təxliyə etdi. Belə halların çox olmasına baxmayaraq, tam əhatəli statistik təhlil üçün kifayət qədər məlumat yox idi.

Maks Plank Cəmiyyəti İnstitutu tərəfindən heyvan davranışlarını öyrənmək üçün apardığı yeni bir araşdırma, nəhayət, heyvanların fəlakətləri əvvəlcədən biləcəyini təsdiqləyib. Nəticələr "Ethology" jurnalında dərc olunub.

Bunu sübut etmək üçün üç şərti müşahidə etmək lazım idi: heyvanlar yaxınlaşan zəlzələnin əlamətlərini dəqiq müəyyənləşdirməli, davranışlarını dəyişdirməli, daim müəyyən şəkildə reaksiya göstərməli və hər dəfə davranışları normaldan xeyli fərqlənməlidir. Bir çox hesabatda bu şərtlər nəzərə alınmamışdı.

Martin Vikelskinin rəhbərlik etdiyi elm adamları, İtaliyanın Kaprilla kəndindəki fermada bir neçə növ zəlzələyə həssas heyvanlar üçün (altı inək, beş qoyun və iki it) sensorlar quraşdırdılar. Müşahidələr zamanı 2016-cı ilin oktyabrından 2017-ci ilin aprelinə qədər bölgədə Rixter cədvəli üzrə 6,6 bala qədər olan 18 mindən çox təkan olub. Qrup, bu təkanlardan tədqiqat sahəsindəki fəaliyyətə təsir edənləri seçdi: ya fermanın yaxınlığında baş verən təkanlar, ya da uzaq, lakin torpaq hərəkətinə səbəb ola biləcək qədər güclü olanları.

Sonra alimlər heyvanların davranışlarını araşdırdılar və alınan məlumatları seysmik fəaliyyət xəritəsi ilə müqayisə etdilər. Təxminən bir və iyirmi saat arası dəyişdiyi ortaya çıxdı: heyvan episentrə nə qədər yaxın olsa, yeraltı təkanlara bir o qədər tez reaksiya verməyə başladı. Məlum oldu ki, ayrı-ayrı fərdlərə nisbətən qrupdakı heyvanların davranışındakı dəyişiklikləri tanımaq daha asandır.

İndiyə qədər alimlərə heyvanları qeyri-adi fəallıq nümayiş etməyə nəyin məcbur etdiyini dəqiq müəyyənləşdirmək müyəssər olmayıb - əlavə, daha geniş tədqiqatlara ehtiyac var. Ancaq heyvanlar üzərində davamlı müşahidələrin qısa müddətli zəlzələ proqnozu sisteminin inkişafına kömək edə biləcəyinə əmindirlər.

Mənbə: naked-science.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR