Slimfit
  1. AVTO VƏ MOTO

Təcrübəsiz sürücülər üçün 5 ideal avtomobil

Təcrübəsiz sürücülər üçün 5 ideal avtomobil
Sakura

Ekspert təcrübəsiz sürücülər üçün 5 ideal avtomobili açıqladı

Ens.az xəbər verir ki, “Avtostat” analitik agentliyinin partnyoru və avtomobil eksperti İqor Morjaretto İreator üçün avtomobil məktəbini yeni bitirənlər üçün 5 ideal maşının adını açıqladı.

Avtomobilin əldə edilməsi ciddi addımdır. Hər birimiz ən azı bir dəfə yeni avtomobil almaq arzusunda olub, amma bu işdə ən əsas çətinlik yeni başlayanlar üçündür. Nəqliyyat vasitəsinin seçiminə təsir göstərən bir çox amillər - qiymət, üstünlük, dostların və tanışların tövsiyələri. Qərar yolların vəziyyəti, həmçinin gələcək sürücünün yaşayış yerindən asılı olaraq qəbul oluna bilər.

Təcrübəsiz avtomobil həvəskarlar bir çox çətinliklərlə qarşılaşmalı olurlar. iReactor üçün “Avtostat” analitik agentliyinin partnyoru və avtomobil eksperti İqor Morjaretto yeni başlayanlar üçün ilk maşını necə seçmək və diqqəti hansı xarakteristikalara vermək barədə danışıb.

 İstənilən müasir büdcə avtomobili istənilən sürücü üçün yaxşı başlanğıcdır. İstisna deyil ki, başlanğıcda kiçik qəzalar və cızıqlar olacaq. Ucuz maşını təmir etdirmək ucuzdur. Nəqliyyat vasitəsi yeni başlayan üçün müasir, büdcə və rahat olmalıdır, - Morjaretto bildirib.

Ekspert qeyd edib ki, müasir avtomobil bazarı müxtəlif markalar və modellər ilə doludur, nəhəng salonlar isə alıcıları sərfəli təkliflərlə cəlb edir. Morjaretto özünü necə itirməmək və düzgün seçim etmək barədə danışıb.

Bütün büdcə avtomobilləri bu meyarlara cavab verir. Təcrübəsiz üçün favoritlər arasında LADA Vesta, LADA Granta, KIA Rio, Hyundai Solaris və Renault Duster modelləri var. Yuxarıda göstərilənlərə oxşar digər modellər də uyğundur. 15 min dollara qədər qiyməti olan maşın almaq lazımdır. Avtomobil iki təhlükəsizlik yastıqlı, idarəsi rahat olmalıdır, - ekspert yekun fikrini bildirib.

Sonda qeyd edək ki, kişilər seçimlərində qadınlardan fərqlənir. Gənc avtomobil həvəskarları - kişilər çox vaxt güclü avtomobillər seçirlər, qadınlar isə bu məsələdə praktikdirlər: onlar əsasən kiçik, dəbli interyerli və idarəetməsi asan olanları seçirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR