Slimfit
  1. AVTO VƏ MOTO

Təcrübəli sürücünün 5 vərdişi

Təcrübəli sürücünün 5 vərdişi
Sakura

Təcrübəli sürücünün 5 vərdişi

Hər fəaliyyət sahəsində müəyyən zirvəyə yüksəlmiş və öz işində daha təcrübəli olmuş insanlar var. Bu əlamət avtomobil mövzusundan da yan keçməyib. Buna görə də, təcrübəli sürücülərin öyünə biləcəyi 5 vərdişi aydınlaşdırmaq lazımdır. Bununla belə, anlamaq lazımdır ki, təcrübə ilk növbədə insanın öz sahəsində kifayət qədər uzun müddət çalışdığının göstəricisidir. Buna görə də təcrübə illərlə praktika və məşqlərin nəticəsində formalaşır.

  1. Sürücü həmişə öz marşrutunu əvvəlcədən formalaşdırmalıdır

İş üçün səfərə çıxmazdan və ya sadəcə maşın sürməzdən əvvəl sürücü öz marşrutunu əvvəlcədən formalaşdırmalıdır. Özü də burada söhbət ondan getmir ki, o yol boyunca dayanacağı yerləri biləcək. Xeyr. Burada söhbət əsasən ondan gedir ki, o yolunda rastlaşdığı hər küncü, hər işarəni biləcək. Çünki, o harada və nə vaxt başqa yola keçməyi və ya hansısa manevri etməyi dəqiq bilir.

  1. Sürətlənmə zolağından düzgün istifadə

Bəzən lazım olan anda avtomobillərin əsas hərəkət zolağına keçmək lazım olur. Buna görə də, təcrübəli sürücülər lazım olan yerə vaxtında düşmək üçün hansı anda sürət yığmağı həmişə bilirlər.

  1. Məsafəyə riayət etmə

Burada söhbət təkcə irəlidə gedən avtomobilə qədər olan məsafədən deyil, həm də arxada olan avtomobilə qədər olan məsafədən gedir. Belə sürücü həmişə maksimum baxışa malikdir. O ətrafında baş verən bütün vəziyyəti nəzarətdə saxlayır.

  1. Düzgün parketmə

Parketmə meydanına baxsaq, kimin təcrübəli olmasını dərhal görmək olar. Onların avtomobili ideal vəziyyətdə dayanır və heç kimə mane olmur. Amma bu səriştə sükan arxasında xeyli vaxt keçirənlərə məxsusdur. Xüsusilə çətin əlçatan yerdə parketmə çoxlu praktika və səy tələb edir.

  1. Təcrübəlidirsə, onda təvazökardır

Əgər sürücü təcrübəlidirsə, onda o bunnunla qürurlanmağa və hər yoldan keçənə öz nailiyyətləri barədə bağırmaq məcburiyyətində deyil. Ona bu heç lazım da deyil, axı onun əvəzinə onun düşdüyü və asanlıqla həll etdiyi müxtəlif vəziyyətlər danışa bilər.

 

Mənbə: Avtobryuzqaç

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR