Slimfit
  1. CƏMİYYƏT

Təcili Yardımın "103" qaynar xəttindəki bu çətinlik vaxt uzadır - Səhiyyə Nazirliyindən açıqlama

Təcili Yardımın "103" qaynar xəttindəki bu çətinlik vaxt uzadır - Səhiyyə Nazirliyindən açıqlama
Sakura

Təcili Yardımın "103" qaynar xəttindəki bu çətinlik vaxt uzadır - Səhiyyə Nazirliyindən açıqlama

Xəstə yaxınlarının və ya halı pisləşən şəxslərin yaxınlarının Təcili Yardıma təcili zəngi bəzən texniki olaraqda vaxt uzadır.

Press.az xəbər verir ki, Bakıdan kənar yerlərdən Təcili Yardımın qaynar xətti "103"-ə ev nömrələrindən edilən zənglər normal ərazi üzrə avtomatik yönləndirildiyi halda, mobil zənglər bir başa olaraq Bakı mərkəzi Təcili Yardıma birləşdirilir.

Bu zaman Təcili Yardımın operatorları sizin harda olduğunuzu soruşduqdan sonra sizə başqa bir əlaqə nömrəsi verib sizi ərazi üzrə yönləndirir.

Bu da vaxt itgisinə səbəb olur.

Texnalogiyanın inkişafı dövründə, hətta ev telefonlarının ərazi üzrə bölgələrdən edilən zənglər zamanı yönləndirildiyi halda, mobil nömrələrdən təcili olunan zənglərin bir başa Təcili Yardımın Bakıda yerləşən mərkəzinə birləşdirilməsi insanlarda narahatlıq yaradır.

Şikayətlər edənlər arasında hətta Bakıya ən yaxın ərazi olan Xırdalan şəhəridəndə var.

Press.az olaraq qeyd etmək istəyirik ki, mobil operatorlar bütün istifadəçilərin yerləşdiyi yerləri təyin edə bilir və bəzən yerləşdiyiniz ərazi üzrə sizə məlumatlarda göndərə bilir.

Məsələn, Hava Limanında olduqda avtomatik olaraq operatorlardan mesaj olaraq gedəcəyiniz ölkədə hansı tariflərdən və mobil nömrənizdən necə istifadə edilməsi ilə bağlı sms daxil olur.

Bu çətinliyin aradan qaldırılması və bölgələrdən "103" xidmətinə edilən zənglərin avtomatik olaraq yönləndirilməsi istiqamətində veriləcək açıqlamalar sizlərlə paylaşılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR