Dərc edildi: Baxış sayı: 541
Təcili tibbi yardım maşınında yük daşınıb? - Rəsmi açıqlama
Səhiyyə Nazirliyi Bakıda təcili tibbi yardım maşını ilə mebel daşınması barədə yayılan görüntülərə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, bəzi saytlarda məişət əşyaları yüklənən Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil:
“Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur. Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər”.
Qeyd edək ki, bəzi saytlarda Tibbi Yardım avtomobilinin sürücüsü qapı və digər mebel alıb və maşının arxasına yerləşdirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət