Təcili! Fazil Mustafanın güllələnməsinin səbəbi…
Deputat Fazil Mustafanın güllələnməsi ölkə ictimaiyyətində şok effekti yaradıb.
Ens.az Globalinfo.az-a istinadən xəbər verir ki , ona sui-qəsd təşkil olunması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
Baş vermiş olay 1997-ci ildə mərhum dövlət xadimi Ziya Bünyadovun evinə gedərkən güllələnməsini xatırladıb. Z.Bünyadovun qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, onun İran tərəfindən aradan götürüldüyü bildirilib.
Bu baxımdan zaman-zaman F.Mustafanın da İranla bağlı fikirlərinin cəmiyyətdə müzakirə doğurduğu, bəzən hətta onun təhdid edildiyi yada düşür.
İctimaiyyətdə F.Mustafanın güllələnməsində Ziya Bünyadovda olduğu kimi İran amilinin rol oynadığı iddiası dolaşır.
Lakin hələ ki sui-qəsdin səbəbi bilinmir. Şübhə etmirik ki, hüquq-mühafizə orqanları gerçəkləri tezliklə üzə çıxaracaqlar.
Qeyd edək ki, illərdir İrana bağlı dini və siyasi çevrələrlə F.Mustafa arasında soyuq savaş gedirdi. Sosial şəbəkələrdə bu savaş zaman-zaman özünün pik nöqtəsinə çatırdı. F.Mustafa indiyədək İrana bağlı dini qruplarla açıq toqquşub, söz, fikir, status davasına çıxıb. Həmin qruplar dəfələrlə öz paylaşımlarında deputata xəbərdarlıq da ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət