Slimfit
  1. AZƏRBAYCAN

Təbriz xanlığı

Təbriz xanlığı
Sakura

Təbriz xanlığı

Təbriz xanlığı – XVIII əsrin ortalarında keçmiş Təbriz bəylərbəyiliyinin mərkəzində Təbriz xanlığı yaranır. Xanlığın əsasını Dünbuli tayfasından olan Əmiraslan xan qoymuşdur. Xanlığın mərkəzi də Təbriz şəhəri olmuş, Xoy, Naxçıvan, Qaradağ, Sərab və Marağa xanlıqlar ilə sərhədlənmişdi. Əmiraslan xan qısa bir zamanda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanın bir sıra cənub əyalətlərini özünə tabe edir.Təbriz uğrunda mübarizəyə qoşulanların çox olması bu şəhərə tez-tez hücumlara, şəhərin əldən-ələ keçməsinə səbəb olur. Nadir şahın qardaşı oğlu İbrahim Mirzə güclü ordu ilə Təbrizə hücum edərək şəhəri ələ keçirir. Lakin Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidib Məşhədə qayıdır və döyüş zamanı həlak olur.

Bundan sonra Fətəli xan Əfşar Təbrizi tutur və şəhərin idarəsini Nəcəfqulu xan Dünbuliyə tapşırır. Urmiya xanlığının süqutundan sonra Təbriz tam müstəqil xanlığa çevrilir.1780-cı ildə isə xanlığın fəaliyyətinə son qoyulmaqla ərazisi Xoy xanlığına birləşdirilir.

 

İnzibati quruluş, idarəçilik və mədəniyyət

Təbriz xanlığı inzibati cəhətdən Təbriz, Güney və Mərənd mahallarına bölünürdü. İlk dövrlərdə Xalxal və Ərdəbil mahalları da xanlığın tərkibində olmuşdur. Mahalları naiblər, kəndləri isə kətxudalar idarə edirdilər. Xanlığın 10 minə qədər hərbi qüvvəsi var idi. Dövləti qeyri-məhdud səlahiyyətləri olan xan idarə edirdi.

Təbriz şəhəri yenə mühüm sənət, ticarət və mədəniyyət mərkəzi olaraq qalırdı. Naiblər yerlərdə xanın dayaqları hesab olunurdular. Şəhər məmurları da naib vəzifəsi daşıyırdılar. Bundan başqa şəhər məmurları sırasına qalabəyi, darğa və gecə qarovulunun başçısı olan əsasbaşı da daxil idi. Naib təsərrüfatı idarə edir, vergilərin vaxtında yığılması üçün xanın qarşısında məsuliyyət daşıyır, mükəlləfiyyətlərin yerinə yetirilməsini tələb edirdi.

Təbriz şəhəri qədim ticarət və sənətkarlıq mərkəzi kimi öz şöhrətini saxlamışdı. Bu¬rada çoxlu bacarıqlı ustalar yaşadığından digər Azərbaycan şəhərlərinə ustalar buradan dəvət olunurdu. XVIII əsrin 70-ci illərində Azərbaycanda olmuş rus səyyahı S.Qmelinin məlumatına görə şamaxılı Məhəmməd Səid xan şəhərdə ipəkçiliyi bərpa etmək üçün Təbrizdən Şamaxıya yüzə qədər usta dəvət etmişdir.

Təbriz həm də iri toxuculuq mərkəzi kimi şöhrət qazanmışdı. Buranın ipək məhsulları öz keyfiyyətinə görə digər şəhərlərin məhsullarından üstün idi. Bu şəhərdə ildə 60 min taya yaxın yüksək keyfiyyətli məhsul istehsal olunurdu. O dövrün səyyahlarından biri yazırdı: "Şəhər bazarı genişdir. Burada Asiya mallarından başqa Avropa malları da satılır. Kağız və yun materialları çoxdur. İngilis və holland mahudu, əla şallar və xalçalar, şüşə və çini qablar, bəzi polad əşyalar və s. Təbriz bazarında kifayət qədərdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR