Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Təbriz Musazadə Tariyel oğlu

Təbriz Musazadə Tariyel oğlu
Sakura

Doğum tarixi : 12 avqust 1981 Vəfat tarixi: 2 aprel 2016 (34 yaşında)

Təbriz Tariyel oğlu Musazadə (d. 12 avqust 1981; Dmanisi, Gürcüstan - ö. 2 aprel 2016; Füzuli, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı Əbu Bəkir İsmayılov və Urfan Vəlizadəilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Həyatı

Təbriz Musazadə 1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində Tovuz və Tariyel Musazadələrin ailəsində anadan olub.

Hərbi xidməti

Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəçmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirəsi

2016-cı ildə Təbriz Musazadənin ailə üzvləri tərəfindən onun, adını daşıyan Təhsil və İncəsənət Hazırlıq Məktəbi təsis edilib. Mərkəzdə, Təbriz Musazadənin xatirəsinə muzey guşəsi də yaradılıb. Muzeydə onun, şəxsi əşyaları, təltif olunduğu medallar və şəkillər sərgilənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR