Slimfit
  1. TƏBİƏT

Təbii zonalar

Təbii zonalar
Sakura

Təbii zonalar

Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur.

Ekvatorial meşələr zonası

Ekvator boyu rütubətli həmişəyaşıl ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24-26°-dir.Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır.Yağıntılar il ərzində bərabər paylanır.Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız-gecə gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5-2 ilə 3-4 arası dəyişir)ifrat dərəcədədir.Bu zonanıın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var),torpaq örtüyü isə kasıbdır.

 

Subekvatorial meşələr

Subekvatorial meşələr zonası ekvatorial meşələr zonasını şimaldan və cənubdan əhatə edir.Onların əsas fərqi subekvatorial meşələrdə 2 aya qədər davam edən yağıntısız dövr olmasıdır.Subekvatorial meşələr zonasında qısamüddətli quraqlığın səbəbi,bu zonannın müvafiq yarımkürələrinin qışda quru passat küləklərinin təsiri altında qalmasıdır.Meşələr,ağacların növ zənginliyinə və qısa quraq dövrünü çıxmaqla,havanın nəmlənmə dərəcəsinə görə ekvatorial meşələrdən o qədər də fərqlənmir.

 

Savannalar zonası

Savanna zonası subekvatorial meşələr zonasını şimaldan və cənubdan əhatə edir.Cənubi Asiyada rütubətli ekvatorial və subekvatorial meşələr zonasından şimalda rütubətli tropik meşələri ilə savanna zonaları öz düzülüşü qaydasına tamamilə dəyişir.Bu iki təbii zona bir-birini enlik istiqamətində yox,uzunluq istiqamətində(qərbdən şərqə)əvəz edirlər.Həm də əvəzetmə bir neçə dəfə təkrarlanır.Bunun əsas səbəbi ərazinin oroqrafik quruluşu ilə əlaqədar olaraq,müxtəlif nəmlənmə şəraitinin təkraralanmasıdır.Savanna zonası tropik seyrək meşələr,çöl və kolluqlardan ibarət üç əsas yarımzonaya ayrılır.

Bu yarımzonaların ayrılması,ekvatorial zonadan uzaqlaşdıqca yağıntıların miqdarının azalması və yağıntısız ayların sayının(quraq dövrün)artması ilə əlaqədardır.Savannalar zonasında ən soyuq ayın orta temperaturu 20-24° arasında,ən isti ayın ki,isə 26-30° arasındadır.Savannalar zonasında yağıntıların illik miqdarı coğrafi enlik artdıqca 1000 mm-dən 200 mm-ə qədər azalır.Bu istiqamətdə buxarlanma qabiliyyəti artır.Savanna zonasının torpaqları qəhvəyi və açıq qəhvəyi torpaqlardır.Savannanın göstərilən yarımzonaların enlik istiqamətdə düzülməsi Afrikada Qvineya-Sudan fizki-coğrafi ölkəsində daha aydın müşahidə olunur.Savanna landşaftının ən əlamətdar cəhətlərindən biri,burada heyvanlar aləminin çox zəngin və məhsuldar olmasıdır (fil, kərgədan, begemot, zürafə, camış, antilop, zebr, şir, pələng, kaftar, bir çox quş növləri və s.).

Təbii zonalar
Taranqire-Milliparkı, Tanzaniya, Tipik quru savanna
Daan parkı, Tayvan
Tropik meşə, Barro Kolorado İsland, Panama
 
 

Tropik səhralar zonası

Tropik qurşaqda ən geniş yer tutan landşaft zonasıdır. Tropik səhralar zonası yalnız Afrika materikinin şimal hissəsində-okeandan okeana qədər enlik istiqamətdə uzanır. Ərəbistan və İran yaylasının cənub kənarı, Tar səhrası Böyük Səhranın şərq davamını təşkil edir. Tar səhrasından şərqdə bu zona tropik savannalar və rütubətli meşələrlə əvəz olunur.Tropik səhrəlar Cənubi Afrika, Cənub və Şimali Amerika materiklərinin qərbinə-okean sahilinə sıxışdırıldığından enlik zonası əmələ gətirmir. Avstraliyada tropik səhralar Hind okeanı sahilindən şərqdə dağətəyi savannalara qədər uzanır və materikin yarıya qədərini əhatə edir. Tropik səhralar,iqliminin həddən artıq quru olması ilə seçilir.Soyuq ayda orta temperaturu 15-20°-yə,ən isti ayda 30-35°-yə çatır. Mütləq maksimum temperatur bəzi səhralarda 50°-dən yuxarı olur.Bu səhralarda illik yağıntının miqdarı mümkün buxarlanma kəmiyyətinin 10/1 ilə 1/200 arasında dəyişir. İllik yağıntılar az olmaqla hər il müntəzəm düşmür.Çox yerdə 5-10 ildə cəmi bir-iki dəfə düşən leysan yağışlar zamanı səhrada dəhşətli daşqın əmələ gəlir. Tropik səhralarda bitki aləmi növcə çox kasıbdır(Böyük Səhrada cəmi 500 növ məlumdur), torpaq əmələgəlmə prosesi zəif inkişaf etmişdir. Səhranın çox hissəsi daşlı, gilli səhralar və şoranlıqlardır.

 

Subtropik qurşaqlar

Subtropik qurşaqda təbii landşaftın əsas üç böyük qrupu məlumdur: Yayı quraq keçən vilayətlərin Aralıq dənizi tipli seyrək meşələri və kolluqları,quraq vilayətlərinin yarımsəhra və səhraları,şərq dəniz sahili vilayətlərin yayı rütubətli meşələri.Subtropik qurşaqda ən soyuq ayın orta temperaturu 0°-dən yuxarıdır.Aralıq dənizi sahillərində bu 6-8°-dən 12-13°-yə qədərdir.Ən isti ayın orta temperaturu isə 25-27°-yə çatır.Materikdaxili kontinental bölgənin relyefindən asılı olaraq qışda şaxtalar(-15-20° və bundan da aşağı),yayda dağətəyi çökəkliklərdə və düzənliklərdə isti və quraq (25-30°)iqlim ,yüksək yaylalarda isə sərin və soyuq iqlim hakimdir.Buna müvafiq olaraq bu bölgənin düzənliklərində və qapalı çökəklilərində səhra və yarımsəhra landşaftı (yovşan,efemer səhrası),yağıntısı bir qədər çox olan (300–400 mm)sahələrdə quru çöl kompleksləri inkişaf etmişdir.Subtropik qurşağı Şərq okean sahili vilayətlərində yayı rütubətli(illik yağıntıların miqdarı 1000–1500 mm-ə qədər)subtropik meşələr hakimdir.

 

Mülayim qurşaq

Mülayim qurşaqda çox geniş materikdaxili bölgələrin kontinental iqlimi şəraitində quraq vilayətlərə xas olan landşaft tipləri və tayqa geniş yer tutur.Bu qurşağın Şərqi Avropa,Mərkəzi Asiya,nəhayət Sibir regionu üçün tipik enlik landşaft zonaları aşağıdakılardan ibarətdir:səhra (Xəzər sahillərindən Xuanxe çayının orta axınana qədər);yarımsəhra,quruçöl,çöl (Rumuniyada Valaxiya ovalığından Çində Lyoss yaylasına və Sunqari çöllərinə qədər),meşə-çöl və seyrək arid meşələr (Karpat dağları ətəklərindən Yenisey çayına qədər), enliyarpaqlı meşələr (yalnız Ural dağlarından qərbə Qərbi Avropaya tərəf genişlənən ensiz bir zolaq şəklində,şərqdə isə Mancuriya-Koreya ərazilərində),qarışıq meşələr (Baltik dənizinin cənub-şərq sahillərindən Yeniseyə qədər,şərqdə isə Amur çayı boyu və Primoryerdə çox ensiz zolaq şəklində) şərqdə Sakit okean sahillərinə qədər uzanan tayqa zonası,subarktika qurşağının meşə-tundra və tundra zonaları,nəhayət Arktikanın buz səhraları zonası.Şimali Amerika materikində də qarışıq meşələrin ensiz zonasından şimalda okeandan okeana qədər geniş tayqa zonası,ondan şimalda isə meşə-tundra,tundra,arktik səhraları zonaları yerləşir.Coğrafi enlik qanunauyğunluğunun ayrı-ayrı yerlərdə pozulması əsasən iqlimin xüsusiyyətləri və relyef mürəkkəbliyi ilə əlaqədardır.Avrasiyada Atlantik okeanı sahillərindən şərqə getdikcə iqlimin kontinentallıq dərəcəsi artır,qış ayları daha sərt keçir.Buna görə Atlantik və Sakit okean bölgələrinin mülayim və rütubətli iqlimi üçün səciyyəvi olan bir sıra landşaft zonaları materikin daha quraq və olduqca sərt iqlimi ilə fərqlənən daxili hissələrində inkişaf edə bilmir.Sadalanan landşaft zonalarının hər biri özünəməxsus iqlim xüsusiyyətləri,torpaq-bitki örtüyü,heyvanlar aləmi ilə başqalarından fərqlənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR