Slimfit
  1. MƏDƏNİYYƏT

Təbii su filtrləri – dağ parçalarından düzəldilən su süzən daşlar

Təbii su filtrləri – dağ parçalarından düzəldilən su süzən daşlar
Sakura

Təbii su filtrləri – dağ parçalarından düzəldilən su süzən daşlar

Hər bir sənətin öz gözəlliyi, öz sirri, öz ustası var. Su daşı düzəltmək də bu sənətlərdən biridir. Bu daşlar suyu süzüb saflaşdırır, onu təmiz, içmək üçün yararlı hala salır.

AZƏRTAC xəbər verir ki, daş ustası, 65 yaşlı Qazax şəhər sakini Musa Qaracayev uzun müddətdir bu peşəni yaşadır.

O, qaya parçalarından müxtəlif ölçülü su süzən daş qablar düzəldir. Dağlardan toplanan daşlar oyulur, içi su ilə doldurulub formaya salınır, sonra isə yonularaq şəkil verilir. Beləliklə, təbii su filtri hazırlanır. Bu daşlar 20 litr suyu təxminən 24 saata tamamilə süzür.

Qırx ildir bu işlə məşğul olan usta deyir ki, su daşının hazırlanması üçün zəhmət və peşəkarlıq tələb olunur: “Bu daşlar dağlarda olur. Keçə daşlar adlandırırıq. El arasında su süzən daş kimi tanınır. Çox gözəl süzmə xüsusiyyəti olduğuna görə bu daşları asanlıqla tanıyırıq”.

Maraqlısı budur ki, usta bu peşəyə gənc yaşlarında keçirdiyi xəstəlikdən sonra yiyələnib. Həkimlərin tövsiyəsi ilə təmiz su qəbul etmək üçün əvvəlcə özünə kiçik su süzən daş düzəldib. Daha sonra isə ona maraqlı gəldiyindən sırf bu işlə məşğul olmağa başlayıb. İndi düzəltdiyi daşları həm rayondan, həm də digər bölgələrdən sifariş edirlər.

Daşlar ağır olduğu üçün bu peşə olduqca zəhmət tələb edir. Lakin buna baxmayaraq, Musa Qaracayev bir daşı demək olar ki, bir günə hazırlayıb ərsəyə gətirir. Su daşlarının qiyməti ölçülərindən asılı olaraq 60-150 manat arasında dəyişir. Bu daşlar 8, 10, 15 və 25 litr su götürə biləcək həcmdə düzəldilir. Sifariş edənlər də ailə üzvlərinin sayına və tələbata uyğun olaraq istədiyi ölçüdə ala bilir.

Usta deyir ki, su daşlarının uzun müddət qalması onun istifadəçisindən asılıdır. Daşa mütəmadi qulluq göstərilməli, vaxtlı-vaxtında içərisi təmizlənməlidir ki, ömrü də uzun olsun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR