Slimfit
  1. MARAQLI

Təbii gözəlliyin 7 sirri

Təbii gözəlliyin 7 sirri
Sakura

Təbii gözəlliyin 7 sirri

Bir çox qadın mükəmməl və qüsursuz görünmək üçün bədxərclik etməkdən çəkinmir, onlarla kosmetik vasitəyə və ya əməliyyata üz tutur. Lakin həm cibə, həm də sağlamlığa zərər vuran bu metodlardan uzaq olmaqla da mükəmməl görünüşə qovuşmağın yolları var. 
Beləliklə,  qüsursuz görünmənizə yardımçı ola biləcək 7 əvəzsiz gözəllik sirrini təqdim edirik. 
Gözəl dəri üçün 
Bəlkə də cibinizə zərər verəcək kimyəvi kosmetik vasitələr yerinə daha ucuz başa gələn uşaq pudrasından istifadə edin. Digər professional məhsullar qədər təsirlidir. Bu pudra ilə makyajınız inanılmaz görünəcək. Makyajınızı tamamladıqdan sonra qalan pudranı yumşaq fırça ilə təmizləyə bilərsiniz. 
Təbii gözəlliyin 7 sirriDaha bəyaz dişlər üçün 
Dişlərin bəyazlığı qüsursuz görüntü üçün önəmlidir. Təəssüf ki, şirniyyat, çay, qəhvə kimi qidalar diş minasının üzərində ləkələr və izlər buraxır və saralmağa yol açır. Ev şəraitində bunun öhdəsindən gəlmək üçün sadə üsul var. Tək ehtiyacınız olan isə aptekdən əldə edə biləcəyiniz kömür həbləri. Bir neçə həbi əzin. Diş fırçasını əvvəl suya sonra toza batırın. 5 dəqiqə dişlərinizi ovalayın. Proseduru 2 həftə tətbiq etdikdən sonra nəticəyə inanmayacaqsınız. 
Təbii gözəlliyin 7 sirriSaralmış dırnaqlar üçün 
Saralmış dırnaqlarınızı ağartmaq istəyirsinizsə, bir az sodaya ehtiyacınız var. Soda dırnaq ətini yumşaldır və dırnaqlara zərər vermədən parladır. 2 çay qaşığı peroksid və yarım çay qaşığı sodanı qarışdırıb dırnaqlarınıza çəkin. 5 dəqiqə gözlədikdən sonra yuyun. Metodu bir neçə gün ara ilə tətbiq edin. 
Hind yağı dırnağın uzanmasına kömək edir. A vitamini ayrılmış dırnaqları müalicə edir. Badam yağı möhkəmləndirir. Zəif dırnaqlarınızın üzərinə limon suyu çəkin. 2 həftədən sonra nəticədən razı qalacaqsınız. 
Təbii gözəlliyin 7 sirriBotoksa alternativ 
Qaşlarınızın arasında qırışıqlıq varsa, qırışığın üzərinə tibbi bant yapışdırın və səhərə qədər saxlayın. 
Təbii gözəlliyin 7 sirriQüsursuz qolaltı üçün 
Qollarınızın alt qismi tünd rəngdədirsə sadə və inamlı metod tətbiq edə bilərsiniz. 1 yemək qaşığı bal və rəndələnmiş kömür həbini qarışdırın. Qarışığı tünd yerlərə çəkin. 20 dəqiqə gözləyin və yuyun. Qarışımdan qalıbsa, üz maskası kimi istifadə edə bilərsiniz. Proseduru həftədə ən az 2-3 dəfə edin. 
Təbii gözəlliyin 7 sirriŞişmiş ayaqlar üçün 
Bu simptomla qarşılaşırsınızsa, öncə həkimə müraciət edin. Şişmiş ayaqlardan qurtulmaq üçün türkəçarələrə gəlincə, bunun üçün cəfəriyə ehtiyacınız olacaq. Cəfərini yuyub blenderdən keçirin. Daha sonra üzərinə isti su əlavə edib termosda saxlayın. Gündə 3 dəfə süzərək için. 
Təbii gözəlliyin 7 sirri

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR