Dərc edildi: Baxış sayı: 604
Təbii fəlakətləri əvvəlcədən deyəcək superkompüter yaradılacaq
Britaniyalı ekspertlər təbii fəlakətlər barədə daha dəqiq və vaxtında məlumat verəcək super-kompüter yaradacaqlar. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Biznes, Energetika və Sənaye Strategiyası nazirliyinin rəsmi saytında məlumat verilib.
Superkompüterlər ölkəyə 1,2 milyard funt sterlinqə (1,6 milyard dollar) başa gələcək. Qeyd edilir ki, ən yeni kompüter hava proqnozunun dəqiqliyini yüksəldəcək və qasırğa və daşqınların zərərini azaltmağa imkan verəcək.
Superkompüter 2022-ci ildə işə salınacaq.
Xatırladaq ki, bu günlərdə Böyük Britaniyada “Dennis” qasırğası üç nəfərin həyatına son qoyub. Hazırda ölkə fəlakətin törətdiyi fəsadların aradan qaldırılması üçün mübarizə aparır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət