Slimfit
  1. ELM

Təbiətdə "az yatan insan geni" varmı?

Təbiətdə "az yatan insan geni" varmı?
Sakura

Təbiətdə "az yatan insan geni" varmı?

Ortastatistik insana gündə 8 saat yatmaq lazımdır. Ancaq istisnalar da var. Napoleon Bonapart, Makedoniyalı İsgəndər , Leonardo da Vinçinin az yatdıqları barədə məlumatlar var, lakin bu, onların sağlamlığına və məhsuldarlığına təsir etməyib. Bu məsələ ilə bağlı şərh verən rusiyalı biologiya elmləri doktoru Vladimir Doroxov deyib: "Napoleon, Makedoniyalı İskəndər, Çörçill, Marqaret Tetçer az yatırdılar. Dəqiq məlumdur ki, Tetçer "qısa yuxu geni "nə sahib idi. Ancaq dünya əhalisi arasında bu genə sahib olan çox sayda insan yoxdur. Belə insanlar gündə cəmi 4 saat yataraq, tam yuxularını almış olurlar, amma hər kəsə belə şans verilməyib. Ona görə, buna diqqət etməməlisiniz.

Ens.az bildirir ki, Doroxov, kifayət qədər yuxu sayəsində bədənin özünü bərpa etdiyini və müxtəlif "səhvləri"düzəlddiyini vurğulayıb. Tam yuxu almamaq səbəbindən sağlamlıq problemləri başlaya bilər: "Yuxu müddətini azaltmaqla iş üçün vaxtınızı artıra bilərsiniz. Bəzən bunu edə bilərsiniz, ancaq uzun müddət etməklə ciddi zərərlərə düçar olarsınız. Uzun müddət az yatmış insanların ömrünü 10-15 ilə azaltdıqlarını göstərən elmi sənədlər var. Bu, bədəndə fərqli "səhvlər" toplandığı üçün baş verir. Hər gecə vücudumuzu düzəltmək üçün yuxu lazımdır. Gecələr bədəninizi "bərpa etməsəniz", piylənmə, diabet, ürək problemləri və sair kimi müxtəlif patologiyalar qaçılmaz olacaq "- Doroxov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR