Slimfit
  1. CƏMİYYƏT

TƏBİB sədri: “Kütləvi şəkildə yas mərasimlərinə toplaşma hallarına rast gəlinir”

TƏBİB sədri: “Kütləvi şəkildə yas mərasimlərinə toplaşma hallarına rast gəlinir”
Sakura

TƏBİB sədri: “Kütləvi şəkildə yas mərasimlərinə toplaşma hallarına rast gəlinir”

“TƏBİB bu qədər müraciət, maarifləndirici materiallarla vətəndaşlara müraciət etsə də, hələ də yas yerlərində kütləvi toplaşma hallarına rast gəlinir”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, bu günə qədər və bu gündən sonra da Azərbaycan hökuməti COVID-19-un yayılmasının qarşısının alınması üçün üzərinə düşən bütün profilaktik tədbirləri həyata keçirəcək:

“Son iki həftə ərzində tətbiq edilən məhdudiyyətlər əksər insanlar tərəfindən normal qarşılanmadı. Lakin təəssüf ki, bununla paralel olaraq hələ də kütləvi şəkildə yas mərasimlərinə toplaşma hallarına rast gəlinir. 

Bu cür vəziyyətdə vətəndaşların karantin qaydalarına laqeyd yamaşması bizdə təəssüf hissi doğurur. Etiraf etmək lazımdır ki, hələ də qaydalara ciddi əməl etməyən, xəstəliyin mövcudluğuna inanmayan vətəndaşlarımız var.

Küçədə hələ də simptomsuz və simptomları zəif olan insanlar gəzir. Bu isə ətrafdakı insanların da yoluxmalarına riskli mühit yaradır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR