Slimfit
  1. AZƏRBAYCAN

TƏBİB qan donorlarına çağırış edib

TƏBİB qan donorlarına çağırış edib
Sakura

TƏBİB qan donorlarına çağırış edib

"Milli Hematologiya və Transfuziologiya Mərkəzində (Talassemiya Mərkəzi) qan təchizatı və təminatı ilə bağlı heç bir problem yoxdur". 

Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Məlumata əsasən, qan təminatı ötən aylarda olduğu kimi aparılır: "Pandemiya dövründə qan vermək təhlükəsizdir. Bununla bağlı TƏBİB tərəfindən mütəmadi paylaşımlar, eləcə də çağırışlar da ediləcək. Başa düşməliyik ki, donorluq daimi ehtiyac, təcili və təxirə salınmaz məqamdır. Buna görə də vətəndaşlara müraciət edirik ki, karantin rejiminin qaydalarını pozmamaq şərti ilə Mərkəzi Qan Bankına gələrək donorluq etməyə davam etsinlər. Qan Bankları 24 saat açıqdır, sterilliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi tədbirlər görülür”.

Məlumatda qeyd olunub ki, qan bağışlamaq təhlükəsiz bir prosesdir, insanlar donor olmaqdan çəkinməməlidir: “Donorlarımızın və tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçiririk. Qan çatışmazlığı həyatları qandan asılı olan hemotoloji xəstələrin, təcili əməliyyata ehtiyacı olan şəxslərin, avtomobil qəzaları və digər fövqəladə halların qurbanlarının həyatda qalmalarına mənfi təsir göstərə bilər. 

Məhdudiyyət yalnız vacib olmayan səyahət, restoran, klub və və teatr kimi yerləri əhatə edir. Qanvermə isə zəruridir. Donor olmağınıza ehtiyacımız var”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR