Dərc edildi: Baxış sayı: 896
TƏBİB məhkəməyə verildi – SƏBƏB
Tibb Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) avtomobili qayda pozuntusuna yol verib.
Ens.az Lent.az-a istinadən xəbər verir ki, TƏBİB-ə məxsus avtomobili yol polisi saxlayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Tərtib olunan protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət