Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-in tabeliyində olan qurum yarım milyon manatlıq cərrahi sap alacaq

TƏBİB-in tabeliyində olan qurum yarım milyon manatlıq cərrahi sap alacaq
Sakura

TƏBİB-in tabeliyində olan qurum yarım milyon manatlıq cərrahi sap alacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi cərrahi sapların satın alınmasıyla bağlı "Paşa-K" firması ilə yarım milyon manat dəyərində müqavilə imzalayıb.

Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqavilə əsasında TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün 196 min 408 ədəd cərrahi sap satın alacaq.

Tenderdə müqavilənin ehtimal olunan qiyməti 1 milyon 374 min 376,85 manat olsa da, tərəflər 571 min 672,76 manata razılaşıblar. Layihənin icra müddəti 2025-ci ilin yanvarın 22-dən başlayaraq mayın 31-nə qədər davam edəcək.

 

Qeyd edək ki, “Paşa-K” firması hüquqi şəxs kimi 08 fevral 1996-cı il tarixində təsis edilib və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Firma dərman preparatlarının və digər tibbi məhsulların topdan satışını həyata keçirmək məqsədi ilə Səhiyyə Nazirliyindən 20.10.2015-ci il tarixində 086503 saylı lisenziya alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR