Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-in sədri: “Jurnalistlərin arasında da COVID-19-a yoluxduğunu bilməyənlər ola bilər”

TƏBİB-in sədri: “Jurnalistlərin arasında da COVID-19-a yoluxduğunu bilməyənlər ola bilər”
Sakura

TƏBİB-in sədri: “Jurnalistlərin arasında da COVID-19-a yoluxduğunu bilməyənlər ola bilər”

“Yoluxmanın səviyyəsinə iki təməl məsələ təsir edir”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yoluxduğu bilinməyən insanlar yoluxmanın səviyyəsinə təsir göstərir: “Yoluxduğunu bilməyən insanlarla bağlı maska taxılması, sosial məsafənin qorunması əsasdır. İkinci, yoluxmaya, yoluxan insanların küçəyə çıxması təsir edir. Bu insanlar küçəyə çıxmamalıdır”.

TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, son dövrlər jurnalistlər arasında da yoluxma halları qeydə alınır, onlar arasında da yoluxduğunu bilməyənlər ola bilər: “Ona görə də tələblərə riayət etmək əsasdır. Bir məqamı da qeyd edim. Xüsusi rejimli xəstəxanalarda yoluxma azdır. Məsələn, Neftçilər Xəstəxanasında cəmi 7 nəfər yoluxub, onlar da xəstəxanada deyil, kənarda, evlərdə yoluxub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR